Avtomobildən 20 min manat pul oğurlanıb

11:22 05.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 3-də Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobilin saxlanc yerindən 20.848 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.