Avtomobildən 4500 manat oğurlayan şəxs saxlanılıb

15:39 05.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda minik avtomobilindən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə fevralın 1-də Cavadxan küçəsində yerləşən avtoyuma məntəqələrinin birində “Toyota” markalı bir avtomobildən 4500 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Pois əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş A.Muradov saxlanılıb.