Avtomobildən 9 min manat oğurladı

13:15 24.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Binəqədi rayonunda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, martın 19-da rayon ərazisində bir avtomobildən 4 750 manat və 2 650 ABŞ dolları, ev açarları və sənəd oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini S. Həsənov saxlanılıb.