Yazını böyüt
Yazını kiçilt
Axtarışda olan şəxs oğurluğa görə tutulub.
Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində yerləşən bazarda bir anbardan 7 ədəd elektrik mühərriki, kompressor, qaz balonu, mühərrik qaldıran açar dəsti və 4 ədəd balans mühərriki, bir avtomobil təmiri sexinin həyətindən isə avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri Elvin Allahverdiyev və əvvəllər məhkum olunmuş Xəqani Əhmədov saxlanılıblar.
Araşdırmalarla E.Allahverdiyevin borclu qismində axtarışda olması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.