Axtarışda olan şəxs təcridxananın qarşısında yaxalandı

13:44 13.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyin oğlu Zeynalov Bakı İstintaq təcridxanasının qarşısında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Bu barədə hafta.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsibdən məlumat verilib.

Qeyd olunub ki, Natiq Zeynalov Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.