Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

17:26 15.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi sadəcə iki dövlət arasında strateji ortaqlıq sənədi olmaqla qalmır, bütün Türk dünyasında birlik ruhunu coşqu ilə tərənnüm edir. Bu sənəd Türk Dövlətləri Təşkilatında (TDT) da birliyi gücləndirən amillərdən biridir.

AZƏRTAC xəbər verir ki, bunu “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Türk dünyası-2040”: gələcəyə konseptual baxış” mövzusunda üçüncü plenar sessiyada Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri Aygün Attar deyib.

Onun sözlərinə görə, hazırda Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi və insani tərəfləri ilə Türk İş Birliyinin gücü olma vəzifəsi və məsuliyyətini daşıyır: “İstanbulda keçirilən türk dövlət başçılarının 8-ci Zirvə görüşündə qəbul edilən “Türk Dünyası – 2040” sənəd Türk İş Birliyinin önümüzdəki 20 il içindəki hədəflərini geostrateji yöndən gözlər önünə sərir. TDT-nin ilk strateji sənədi bu cümlələrlə başlayır: “Dünya miqyasında sürətli dəyişiklikləri və onların üzərimizdəki təsirlərini tanımaq və ələ almaq üçün strateji bir vizyonu vacib edən bir dövrdə yaşamaqdayıq". Dolayısı ilə dünya miqyasında yaşanan hadisələr beynəlxalq regional və qitələrarası mənada strateji baxışa sahib olma zərurətini doğurub. “Türk Dünyası – 2040” vizyon sənədində tərif edilən coğrafiya bu təşkilata üzv olan dövlətlərin olduğu Avrasiya coğrafiyasıdır. Avrasiyanın idarəsi üçün ehtiyac duyulan ən əsas güc TDT çətiri altında sağlam işbirliyidir. Bu mənada TDT tərkibindəki iş birliyi sahələri işığında hazırlanan vizyon sənədi "Siyasi və Təhlükəsiz İşbirliyi", "İqtisadi və Sektor İşbirliyi", "İnsandan İnsana İşbirliyi" və "Üçüncü Tərəflərlə İşbirliyi" olmaq üzrə dörd bölümdən ibarətdir. Bu sənəd həm regional, həm də beynəlxalq tərəflərdən zamanın tələblərini yaxşı tutmaqda və buna yönəlmiş atılacaq yekun addımları konkret bir şəkildə sərgiləməkdədir. Beləliklə, “Türk Dünyası – 2040” vizyonunun ortaya atılması özü özlüyündə geostrateji bir həmlədir”.

A.Attarın fikrincə, TDT-nin qurucu sənədi olan Naxçıvan Bəyannaməsində yer alan suverenlik, bərabərlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını özündə ehtiva edən beynəlxalq hüququn əsas prinsipləridir. Bu amilin “Türk Dünyası – 2040” vizyonununda da öz əksini tapması çox önəmlidir. A.Attar qarşıya qoyulan hədəflərin reallığa çevrilməsinin türk iş birliyinin Avrasiyadakı geopolitik yöndə gücünü artıracağını vurğulayıb.

Oxunma sayı 100