Ayrı-ayrı ünvanlarda 3 nəfər xilas edilib

17:23 03.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ayrı-ayrı ünvanlarda biri azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində və Bakı şəhərinin Nərimanov rayonunda ayrı-ayrı ünvanlarda biri azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.