Ayxan Hacızadə Ermənistan XİN sözçüsünə cavab verib

23:24 05.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN-in sözçüsü Ani Badalyanın bəyanatına münasibət bildirib.

Hafta.az xəbər verir ki, XİN sözçüsü "Twitter" paylaşımında deyib: “ Görünür, Ermənistan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlarına həsəd aparır.

Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt beynəlxalq platformalardan sui-istifadə etməyib və həmişə beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının tərəfdarı olub.

Əgər erməni tərəfi keçmiş münaqişənin səbəbləri və mahiyyəti ilə tanış olmaq istəsə, biz Ermənistana bir daha BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı sənədlərini oxumağı təklif edərik”.

Siyasət rubrikasından digər xəbərlər