Ayxan Hacızadə iranlı həmkarına cavab verib: Hər kəs brifinqin videosunu izləyə bilər

12:47 01.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı Nasir Kənaniyə cavab verib .

Hafta.az xəbər verir, ki Azərbaycan XİN sözçüsü bu barədə "Twitter" hesabında paylaşım edib:

"Azərbaycanla qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq. Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır. Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər".

Qeyd edək ki, İran XİN sözçüsü "Twitter" hesabında paylaşım edərək, Azərbaycan tərəfinin İran XİN suallarına cavab vermədiyini bildirmişdi.

Siyasət rubrikasından digər xəbərlər