Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! - Mehriban Əliyeva-VİDEO

13:55 15.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunmuş Şuşa şəhərindən görüntülər paylaşıb.

Hafta.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz qardaşlar və bacılar!

Bizim doğma, işğaldan azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! Böyük məmnuniyyətlə bu gözəl diyara etdiyimiz səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"