AZAL Almatıya olan reysləri ləğv edir

21:00 05.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.

Qurumdan hafta.az-a verilən məlumata görə, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.