AZAL Bakı-Naxçıvan-Bakı reysləri üzrə dövlət təyinatlı yüklərin daşınmasını həyata keçirəcək

19:22 25.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə ilə bağlı görülən tədbirlər çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklərin prioritet qaydada və təmənnasız əsaslarla daşınmasını həyata keçirəcək.

Bu barədə hafta.az "Azərbaycan Hava Yolları" QSC-ya istinadən məlumat verir.

Qeyd edək ki, "AZAL" QSC-nin bütün struktur bölmələri gücləndirilmiş iş rejimində və hökumət qurumları ilə sıx əlaqədə işləməyə davam edirlər.

Oxunma sayı 119
İqtisadiyyat rubrikasından digər xəbərlər