Azərbaycan atleti Türkiyədə gümüş medal qazanıb

20:45 02.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Sivas şəhərində 18 yaşadək atletlər arasında Balkan Çempionatı keçirilir.

Hafta.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan idmançılarımızdan İlahə Quliyeva uğurlu çıxışla yadda qalıb.

O, 400 metr məsafəyə qaçışda 56.54 saniyəlik nəticə göstərib. Bu göstərici ilə Quliyeva yarışın gümüş medalını qazanıb.

 

Nüvə itələmə növündə mübarizə aparan Səkinə Hacızadə isə 13.85 metr nəticə ilə yeniyetmələr arasında Azərbaycan rekordunu yeniləyib və 7-ci yeri tutub.