Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

13:49 16.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar-iyul aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən hafta.az-a bildirilib ki, Azərbaycanın yeddi ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, İspaniya və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 4 milyard 357,7 milyon ABŞ dolları, İspaniyaya 514,4 milyon dollar, Xorvatiyaya isə 497,4 milyon dollar təşkil edib.