Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi cahilliyin təzahürüdür.
Trend-in məlumatına görə, bunu TurkicWorld-a Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.
Administrasiyadan o da bildirilib ki, bu kimi hallar yolverilməzdir.
“Azərbaycan bayrağının yandırılmasını qınayırıq, bayraq yandırmaq eyni zamanda açıq nifrət təzahürüdür və inkişaf etməmiş toplumlara xasdır” - deyə PA-dan bildiriblər.