Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib 

17:10 02.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib. Müharibənin başa çatmasından sonra - 2020-ci il noyabrın 10-dan indiyədək 300-ə yaxın vətəndaşımız mina partlaması səbəbindən həlak olub və ya yaralanıb.

 

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edərkən bildirib.

 

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ölkəmizin minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdiyini, BMT çərçivəsində də bununla bağlı müzakirələrin aparılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev BMT-nin ali orqanlarında islahatların aparılması məsələsinə toxunub.

Siyasət rubrikasından digər xəbərlər