Avropa və bir sıra ökələrin parlamentlərində Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edilib. Bu ölkələr arasında Fransa öndə dayanır. Fransa ilə Ermənistan arasında imzalanan hərbi müqavilə regionda gərginliyə xidmət edir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov bildirib.
Deputat bildirib ki, Qərbin, Avropanın müəyyən dairələrində Azərbaycanın qazandığı qələbəyə kölgə salmaq çəhdləri var. O, eyni zamanda səslənən qərəzli fikirlər arasında guya ermənilərə qarşı etnik təmizləmə siyasətinin aparılması ilə bağlı məsələyə diqqət çəkib.
V.Əhmədov bildirib ki, Azərbaycan dövləti erməni əhalisini qovmayıb və bu, BMT missiyasının rəyində əksini tapıb. O, eyni zamanda 3+3 formatında keçirilən görüşdə ərazi toxunulmazlığının, suverenliyinin önə çəkildiyini qeyd edib. Eyni zamanda Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi və bu işin tez bir zamanda həll edilməsi ilə bağlı məsələlərin önə çəkildiyini vurğulayıb.
V.Əhmədov hesab edir ki, tez bir zamanda Ermənistanla sülh müqaviləsi imzalanmalıdır.