Azərbaycan dövlətinin qarşısında duran əsas məqsədlərdən biri ondan ibarətdir ki... – Mahir Abbaszadə

17:17 28.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ölkədə qiymət artımı getməkdədir. Bunun böyük bir hissəsi idxal infilyasiyasıdır. Bizim sərhədlərimizdə və qonşularımızda baş verən müharibələr və onun nəticəsində sanksiyaların ortaya çıxması,  iqtisadi zəncirlərin qırılmasına, loqistik imkanların zəifləməsinə səbəb olur ki, bütün bunlar hərdən mal qıtlığına, hərdən isə qiymət artımına gətirən məsələlərdir.

Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Mahir Abbaszadə deyib:

“Məsələn, dünya banklarının məlumatlarına baxsaq görərik ki, tək müharibə edən Rusiya-Ukrayna tərəfi dünyanın kənd təəsərrüfatı məhsullarını istehsal və ixrac edən dövlətlər sırasında birincidən dördüncüyə qədər yerləri bölüşdürürlər. Belə olan təqdirdə qıtlığın olması, nəticədə qiymətin artmasına,  onun da nəticəsində infilyasiyanın yaranmasına gətirir.

Buna  baxmayarq Azərbaycan respublikası həm qıtlığın ortadan qaldırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkənin özünün ərzaqla təminatının həyata keçirilməsi ilə bağlı ciddi tədbirlər görür.  Prezident Nazirlər Kabinetinin iclasında tapşırıqlar verdi ki, antiinhisar tədbirləri həyata keçirilməklə süni qiymət artımına yol verilməsin.

Biz ehtiyatlarımızı həll etməliyik. Bu ehtiyatları təmin etmək üçün dövlət  büdcəsindən cari ilə nisbətən ölkədə ərzaq təhlükəsizliyinin təmin edlməsi llə bağlı ciddi vəsaitlər ayrılması nəzərdə tutulur. Digər tərəfdən, ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet məsələlərdəndir. Kənd təsərrüfatına olan təlabatı özümüz ödəyə bilərik. Qiymət artımı və infilyasiya dərəcəsinin təsir göstərdiyi daha çox sosial müdafiəyə ehtiyacı olan insanların  ehtiyaclarını ödəmək üçün dövlət tərəfindən addımlar atılmaqdadır. Qiymət artımı və infilyasiya dərəcəsi elə bir vəziyyətdədir ki, bu istər-istəməz bütün insanların yaşayışına mənfi təsir göstərir. Amma infilyasiya sosial müdafiəyə ehtiyacı olan insanlara daha ağır təsir göstərir. Bunun da  qaşısını almaq üçün dövlət bir neçə tədbirlər həyata keçirib. O tədbilər işərisində mən bu il ilk dəfə olaraq ehtiyac meyyarının minimum yaşayış həddinə bərabərləşməsini göstərə bilərəm. Azərbaycanda ehtiyac meyarı artırılaraq 246 manata çatdırılmışdır ki, bu da tarixdə ilk dəfə olaraq minimum yaşayış həddi ilə eyni bərabərlikədir. Ehtiyac meyarının 246 manata çatdırılması ölkədə ünvanlı sosial yardım alan insanların ünvanlı sosial yardım məbləğinin daha artıq olmasına gətirib çıxaracaq. Bu il əhalinin orta aylıq gəlirləri 20 faiz artmışdır, amma infilyasiya dərəcəsi də 13,4 faiz olmuşdur. Belə çıxır ki, infilyasiya dərəcəsi əhalinin gəlirlərinə təsir etsə də, yenə əhalinin gəlirləri üstünlük təşkil etmişdir. Azərbaycan dövlətinin qarşısında duran əsas məqsədlərdən biri ondan ibarətdir ki, 2023-cü ildə də əhalinin gəlirlərinin səviyyəsini artırsın. Bu da infilyasiya dərəcəsinin artmasına nisbətən əhalinin gəlirlərinin də artmasını özündə ehtiva edir.

Azərbaycan dövləti ilk dəfə proqnozlaşdırıb ki, ilin sonunda Azərbaycan iqtisadiyyatı böyüyərək təxminən 130 milyard olacaq ki, bu da tarixdə ilk dəfə olaraq rekord nəticə kimi qiymətləndiriməlidir”.