Azərbaycan Dünya Şaquli Qaçış Turunda

13:46 18.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Çoxmərtəbələrdə Şaquli Qaçış üzrə Assosiasiya (TWA) Dünya Turuna yeni ölkənin - Azərbaycanın qoşulduğunu bəyan edib.

Hafta.az xəbər verir ki, qurum sentyabrın 28-də Bakıda "Flame Towers"də keçiriləcək "SkyWinD" turnirindən bəhs edib.

"Bakının "Triterra" triatlon klubu tərəfindən təşkil edilən "SkyWinD" yarışı sentyabrın 28-də Bakının məşhur "Flame Towers" qüllələrindən birində keçiriləcək. Beynəlxalq qaçışçıları və bu tədbir üçün qeydiyyatdan keçən bütün idmançıları salamlayırıq", - deyə TWA tərəfindən bildirilib.

Qeyd edək ki, yarış iştirakçıları 32 mərtəbəni qət etməli olacaqlar. Turnir 60 əmsallıq xal sistemi ilə keçiriləcək.