Azərbaycan Gürcüstanla əməkdaşlığa böyük əhəmiyyət verməkdə davam edir - XİN

09:38 08.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan qonşusu və tərəfdaşı Gürcüstanla əməkdaşlığa böyük əhəmiyyət verməkdə davam edir.

Hafta.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi "X" ("Twitter") sosial şəbəkəsində bildirib.

"Biz Gürcüstandakı münaqişənin dövlətlərin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tam dəstəkləyirik", - deyə paylaşımda bildirilib.

Siyasət rubrikasından digər xəbərlər