Azərbaycan hərbçiləri Britaniya və Çexiyanın təşkil etdiyi kursda iştirak ediblər

15:07 24.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan hərbçiləri Britaniya və Çexiyanın təşkil etdiyi Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursunu tamamlayıblar.

Hafta.az xəbər verir ki, bununla bağlı Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould "Twitter" hesabında paylaşım edib.

Diplomat bildirib ki, praktiki təlimlər dörd həftə davam edib və bu gün başa çatıb: "BMT kodeksinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edən 4 həftəlik təlim Britaniya və Çexiya təlimçiləri tərəfindən uğurla həyata keçirilib".

Oxunma sayı 97
Siyasət rubrikasından digər xəbərlər