“44 günlük müharibədən sonra Azərbaycanda müasir innovasiyalara uyğun olaraq yeni ordu quruculuğu davam etdirilir. Azərbaycan silahlı qüvvələrində bir neçə yeni hərbi hissənin açılması, xarici dövlətlərlə, xüsusən müttəfiqimiz Türkiyə və İsrail, Pakistanla hərbi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən, müasir, 4-5-ci nəslə uyğun müasir silahların alınması və istehsal olunmasında böyük irəliləyişlər müşahidə olunur”.
Bunu hafta.az-a hərbi-siyasi ekspert Telman Qasımov Azərbaycanın hərb sənaye kompleksinin inkişafı ilə bağlı bildirib.
T.Qasımov əsasən üç əsas ölkə ilə qurulan əməkdaşlıqlara toxunub.
O, ilkin olaraq son həftə ərzində Türkiyənin hərbi sənaye naziri tərəfindən Azərbaycana yeni qırıcı təyyarələrin birgə istehsalı ilə bağlı verilən təklifi müsbət dəyərləndirib. Və Azərbaycanın bu təklifi şübhəsiz müsbət qiymətləndirəcəyini vurğulayıb.
Ekspert getdikcə İsrail dövləti ilə hərbi sənaye sahəsində böyük əlaqələrin qurulduğunu qeyd edib. O, bildirib ki, İsraillə birgə yeni növ PUA-ların istehsalına başlanacaqdır.
“Bundan əlavə istər hava müdafiə sistemində, istər pilotsuz uçuş aparatları və yeni lazer silahların əldə olunması sahəsində böyük işlər və protokollar imzalanıb. Eləcə də Pakistanla böyük əlaqələr qurulur. Pakistanın İP sahəsi üzrə orduda istifadə olunan texnologiya sistemlərinin Azərbaycana gətirilməsi gündəmdədir.
T.Qasımlı bildirib ki, 44 günlük müharibədən sonra Azərbaycan hərbi sahədə qarşısına qoyduğu xüsusi planlarının həyata keçirilməsi istiqamətində çox böyük işlər görür. Onun sözlərinə görə, bura boşalan hərb bazarında Azərbaycanın getdikcə özünəmüvafiq yer tutması da daxildir.