Azərbaycan İslamiadada medal sıralamasında dördüncü pilləyə yüksəlib

10:10 14.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının doqquzuncu gününün yekunlarına görə Türkiyə medal sıralamasında liderliyini davam etdirir.

Hafta.az xəbər verir ki, avqustun 18-dək davam edəcək Oyunlarda Türkiyə idmançıları 60 qızıl, 59 gümüş və 50 bürünc medal qazanıblar. İlk üçlükdə İran (27-23-23) və Özbəkistan (20-17-26) qərarlaşıb.

Azərbaycan 13 qızıl, 14 gümüş və 15 bürünc medalla dördüncü pilləyə yüksəlib.

Qazaxıstan (13-9-21) beşinci, İndoneziya (12-7-9) altıncı, Mərakeş (9-6-20) yeddinci, Bəhreyn (9-6-3) səkkizinci, Qırğızıstan (6-5-4) doqquzuncu və Əlcəzair (4-5-6) isə onuncu pillədə yer alıblar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Oxunma sayı 160