Azərbaycan İsraildən bu SİLAHLARI ALIR

18:02 13.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan 1,2 milyard dollarlıq müqavilə çərçivəsində İsraildən əlavə İsrail istehsalı olan Barak MX hava hücumundan müdafiə sistemləri almağa qərar verib.

Bir neçə ay əvvəl Israel Aerospace Industries (IAI) Azərbaycanda Barak MX sistemlərinin uğurlu nümayişini keçirib, Defense Industry Europe xəbər verir.

Sınaqlara Barak MX sisteminin müxtəlif versiyalarının tutucularının çoxsaylı buraxılışları daxildir.

Bir neçə ildir ki, Azərbaycanda İsrail istehsalı olan müxtəlif hava hücumundan müdafiə sistemləri istifadə olunur, lakin son nümayiş modernləşdirilmiş versiya idi.

Barak MX raket və təyyarə təhdidləri ilə mübarizə üçün nəzərdə tutulmuş modul tipli hava hücumundan müdafiə sistemidir. Həm dəniz platformalarında, həm də quruda fəaliyyət göstərir. Haqqın.az