Azərbaycan nefti bahalaşıb

11:43 09.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 8-də 86,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,34 dollar/barel çoxdur.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,25 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 81,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 84,09 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel çoxdur.