Azərbaycan nefti ucuzlaşdı

13:10 06.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 87,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel azdır.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 84,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,32 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 85,59 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel azdır.

Oxunma sayı 1589