Azərbaycan nefti ucuzlaşıb 

13:28 11.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 10-da 84,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,546 dollar/barel azdır.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,54 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 82,25 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel azdır.