Azərbaycan Ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır - Müdafiə Nazirliyi

15:33 08.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan tərəfinin cəbhənin Xocavənd (keçmiş Martuni) istiqamətində guya irəlilədikləri və Azərbaycana məxsus döyüş təyyarəsini vurduqları barədə yayılan məlumat tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, tam əksinə, Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir.