Azərbaycan Ordusunun guya atəş açması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır - MN

10:10 25.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 24-ü saat 21:30-dan 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Oxunma sayı 636
Siyasət rubrikasından digər xəbərlər