Yazını böyüt
Yazını kiçilt
Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında Azərbaycanın daha iki paracüdoçusu medal qazanıb.
Bu barədə hafta.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub, Dürsədəf Kərimova (+70 kq) isə gümüş mükafata yiyələnib.