Azərbaycan Prezidenti: Regional məsələlərin 3+3 formatında həll edilməsi vacibdir

22:07 10.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Regional məsələlərin 3+3 formatında həll edilməsi vacibdir.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edərkən deyib.

Dövlətimizin başçısı regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğuladı, bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd etdi.

Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran arasındakı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Siyasət rubrikasından digər xəbərlər