"Türk Dövlətləri Təşkilatı getdikcə qlobal anlamda nüfuz qazanmaq, özünü siyasi arenada daha sağlam, daha dayanıqlı əsaslarla sübut etmək yolunda əzmlə irəliləyir. TDT çərçivəsində üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi qədər, TDT-yə kənardan maraq da böyükdür".
Bunu Hafta.az-a deputat Azər Badamov Türkiyə Dövlətləri Təşkilatının gözlənilən Zirvə görüşü ilə bağlı açıqlamasında bildirib.

A.Badamov qeyd edib ki, sözügedən təsisatın gücləndirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin əməyi misilsizdir. Bunu üzv və müşahidəçi dövlətlərin başçıları da yüksək dəyərləndirir, hər dəfə də dilə gətirirlər:
"Vaşinqton sazişlərindən sonra ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə görüşü keçirilir. Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşünün mövzusu da sülh gündəliyinə həsr olunub. “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan bu Zirvə görüşü də sübut edir ki, Azərbaycan foksunu bu istiqamətdə qurub. Məhz TDT-nin Zirvə görüşünün sülhə və təhlükəsizliyə həsr olunmasının da dərin mənası var. Avropa İttifaqı, ABŞ olmaqla, həm Ermənistana, həm də digər regional aktorlara, bütövlükdə dünyaya mesajdır ki, TDT destruktiv əməllər üzərindən hərəkət etmir, iş prinsiplərinin təməlində sülh dayanır".