Maliyyələşdirilmiş kreditlər hesabına 145 yeni iş yeri yaradılacaq

12:04 24.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin birinci yarısında maliyyələşdirilmiş güzəştli kredit məbləğinin 61,5 faizi kənd təsərrüfatı, 25,3 faizi xidmət, 13,2 faizi isə sənaye sahələrinə yönəldilib.

Hafta.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, maliyyələşdirilmiş kreditlər hesabına 145 yeni iş yerinin yaradılması nəzərdə tutulur.