“Azərbaycan Qarabağı silah gücünə birləşdirməyə çalışarsa, çox ağır bədəl ödəməli olacaq” - Vardanyan hədələdi

14:27 12.03.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük və bu, mənim qərarım deyil. Bu, Qarabağda yaşayan bütün digər soydaşlarımızın qərarıdır. Bəli, onlar özlərini Azərbaycanın bir parçası kimi görmürlər".

Hafta.az xəbər verir ki, bu fikirləri qondarma "dövlət naziri" vəzifəsindən azad edilməsinə rəğmən 6-cı aydır ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində qanunsuz fəaliyyətini davam etdirən Ruben Vardanyan sərsəmləyib.

"Çox vaxt “inteqrasiya” sözünü işlədirlər, biz onun mənasını başa düşmürük. Çünki bu söz bizim onların  bir parçası olduğumuz zaman müəyyən məna daşıyırdı.  Lakin o, fərqli, tamam başqa vaxtlar  idi" - davamında bunları çərənləyən Vardanyan Azərbaycanı hədələməkdən də çəkinməyib.

“Biz mübarizə aparmalıyıq, başqa yol yoxdur. Biz 30 ildir mübarizə aparırıq və mütləq daha 30 il mübarizəni davam etdirməyə hazır olmalıyıq. Bu, bizim seçdiyimiz yoldur və indi mübarizə aparmalıyıq. Azərbaycan Qarabağı silah gücünə birləşdirməyə çalışarsa, bunun üçün çox ağır bədəl ödəməli olacaq”,- deyə Putinin milyarder "desantı" həyasızcasına vurğulayıb.

Xatırladılır ki, "dünyaca məşhur iştirakçı demokratiya formatının erməni reallıqlarında ilk tətbiqi olan "The Future Armenian” ("Gələcək ermənilərindir") assambleyasının birinci ümumerməni vətəndaş məclisi artıq üçüncü gündür ki, keçirilir”. “Gələcək ermənilərindir” ictimai təşəbbüsü 2021-ci ilin aprelində - 44 günlük savaşda Azərbaycanın hərbi qələbəsindən sonra dünyada tanınan erməni iş adamları Nubar Afeyan, Ruben Vardanyan, Riçard Azarniya, Artur Alaverdyan və başqaları tərəfindən təsis edilib.

Siyasət rubrikasından digər xəbərlər