Azərbaycan-Qazaxıstan matçının biletləri satışa çıxarılıb

15:25 25.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Qazaxıstanla matçının biletləri satışa çıxarılıb.

Hafta.az xəbər verir ki, sentyabrın 25-də “Dalğa Arena”da oynanılacaq görüşə biletlərin qiyməti 2, 5 və 10 manat təşkil edir. Onları iticket.az saytından əldə etmək mümkündür.

Azarkeşlər bir şəxsiyyət vəsiqəsi ilə 1 bilet ala bilərlər.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.