Azərbaycan rusların ən çox maraq göstərdiyi ölkə oldu - Səbəb QİYMƏTLƏR

12:38 30.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Yandex Travel” analitiklərinin araşdırmasının nəticələri məlum olub.

Trend xəbər verir ki, araşdırmanın nəticəsinə görə, Azərbaycan iyunda xarici istiqamətlər arasında ruslar üçün tələbat artımı baxımından lider ölkə olub.

“2023-cü ilin iyun ayında 2022-ci ilin iyun ayı ilə müqayisədə Azərbaycana səyahətə maraq 249% artıb”, - deyə onlar qeyd ediblər.

Mütəxəssislər bu cür göstəricilərin yaranmasının səbəbləri arasında bu ilin yayında Azərbaycana uçuşların qiymətlərinin xeyli aşağı salınmasını qeyd ediblər. Belə ki, 2023-cü ildə iyunda gediş-gəliş əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% ucuz başa gəlir. Azərbaycanda otellərin bronlaşdırılması qiymətləri isə 2022-ci ildəki qiymətlərlə eynilik təşkil edir.

Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstana (87%), Taylanda (80%), Kiprə (55%) və Türkiyəyə (44%) səyahət tələbi də xeyli artıb.