Azərbaycan və Polşanın startap ekosistemləri əlaqələrini gücləndirir

12:20 16.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Polşanın ölkəmizdəki Səfirliyinin, “Startup Hub Poland Foundation” və “IdealHub” İnnovasiya və Texnologiya Mərkəzinin birgə təşkilatçılığı ilə innovasiyalar üzrə Polşa-Azərbaycan seminarı keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə innovasiyaların və startapların dəstəklənməsi sahəsində Polşa-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi imkanları, o cümlədən Polşa tərəfindən Azərbaycanda həyata keçirilən “V4-Azerbaijan Tech Bridge (V4ATB)” proqramı müzakirə edilib.

Seminarda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov innovativ sahibkarlığın inkişafının Azərbaycanın və Polşanın mövcud iqtisadi potensialının güclənməsində əhəmiyyətli olacağını, birgə təşəbbüslərin hər iki ölkədən olan sahibkarlar, startaplar və investorlar arasında müvafiq platformaların yaradılmasına töhfə verəcəyini qeyd edib. O.Məmmədov yerli sahibkarların innovativ fəaliyyətinin stimullaşdırılması üçün KOBİA-nın dəstək mexanizmləri, o cümlədən “Startap” şəhadətnaməsi barədə də məlumat verib.

“Mən əminəm ki, innovativ sahibkarlığın inkişafı Azərbaycanın və Polşanın mövcud iqtisadi potensialının güclənməsinə yol açacaq. Birgə təşəbbüslər hər iki ölkədən sahibkarlar, startapçılar və investorlar arasında müvafiq platformaların yaradılmasına töhfə verəcək və gələcək əməkdaşlığımıza təkan verəcəkdir”, - KOBİA-nın sədri deyib.

O.Məmmədov seminar iştirakçılarına KOBİA-nın yerli sahibkarların innovativ fəaliyyətinin stimullaşdırılması üçün dəstək mexanizmləri, o cümlədən Azərbaycanda biznesə start-up sertifikatlarının verilməsi və ümumi dəstək vasitələri haqqında da məlumat verib.

Polşanın Azərbaycandakı səfiri Rafal Poborski “V4ATB” proqramına qoşulmuş Azərbaycan startaplarının təqdim etdiyi layihələrin maraqlı olduğunu, yerli startapların əsasən texnoloji və biznes tərəfdən hazırlıqlı olduqlarını vurğulayıb. Səfir proqramın 2023-cü ildə də davam etdiriləcəyinə əminliyini bildirib.

“Mənim bu proqram çərçivəsində 2 DemoDay tədbirini açmaq və iştirak etmək imkanım olub. Deməliyəm ki, mən Avropada tərəfdaş və maliyyə axtaran gənc istedadlı Azərbaycan startap komandalarının təqdim etdiyi təkliflərdən heyran oldum. Onlar əsasən texnoloji və biznes tərəfdən yaxşı hazırlıqlıdırlar” deyən səfir əlavə edib ki, bütün proqramın təşəbbüskarı Polşa olduğu üçün onun 2023-cü ildə də davam etdiriləcəyinə şübhə etmir. "Eləcə də bu gün imzalanmış sazişlər innovasiyalar sahəsində, həmçinin institusional və elmi səviyyədə Polşa-Azərbaycan əməkdaşlığı üçün yeni əməkdaşlıq perspektivləri yaradacaq”, – səfir R.Poborski əlavə edib.

“Startup Hub Poland Fondu”nun təsisçisi (“V4ATB” proqramının rəhbəri) Maciej Sadovski Polşa startap ekosistemi, eləcə də innovasiyaları dəstəkləmək üçün Polşa alətləri haqqında əsas məlumatları verib və həmçinin V4ATB proqramının cari nəticələrini müzakirə edib. “Varşavadan başlayaraq Vişeqrad bölgəsi Avropa İttifaqının ən sürətlə böyüyən startap regionu olan Çexiya, Macarıstan, Slovakiya və Polşanın ən canlı texnopolisində indiyədək birlikdə 8 oxşar bölməyə ev sahibliyi edib. Biz danışdıqca burada təkbuynuzlu bumu görsənir və mən Azərbaycanın bu isti qazandan bəhrələnməməsi üçün heç bir səbəb görmürəm", - deyə M.Sadowski bildirb.

Onun sözlərinə görə, proqram başlayandan bəri 160-dan çox startap komandası iştirak üçün müraciət edib. İndiyədək 80 layihələr mentorluq və akselerasiya sessiyalarına, eləcə də demodeylərə qatılıb, bu müddət ərzində Azərbaycan startapları Polşa, Çexiya, Slovakiya, Macarıstan, eləcə də ABŞ və Türkiyədən bir sıra investorların auditoriyası qarşısında özlərini təqdim ediblər.

“İdealHub” İnnovasiya və Texnologiya Mərkəzinin ("V4ATB”in Azərbaycan üzrə tərəfdaşı) təsisçisi Tural Kərimli bildirib ki, “IdealHub" bir ildən azdır fəaliyyət göstərir və bu Azərbaycanda əsas tərəfdaşı olduqları ilk beynəlxalq layihədir. "V4-Azerbaijan Tech Bridge proqramı üçün Beynəlxalq Vişeqrad Fondundan qrant almağımız idi, burada artıq 8 Avropa bölməsində 80 Azərbaycan startapını uğurla cəlb edə bilmişik. Bu gün görürük ki, biz həqiqətən də Azərbaycanda startap icması hisslərinin aşılanması istiqamətində ilk addımları ata bilmişik və bu da əsas prioritetlərimizdən biridir”.

Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məsləhətçisi İqor Ovçarenko da çıxış edib.

Sonda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Startup Hub Poland Foundation” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Polşa və Azərbaycanın biznes ictimaiyyəti, startaplar və investorlar arasında müvafiq sahədə məlumat və təcrübə mübadiləsini, tədbirlərin təşkilini nəzərdə tutur.