Azərbaycan və Səudiyyə Ərəbistanı gömrük işi sahəsində əməkdaşlıq edəcək

22:22 15.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ər-Riyad şəhərində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Orqanının Baş direktoru Suheyl bin Məhəmməd Əbənimi arasında görüş keçirilib.

Hafta.az-ın məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində Səfər Mehdiyev yazıb.

S.Mehduyev bildirib: "Bu gün Ər-Riyad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in imzalanması gömrük orqanlarının mövcud əlaqələrinin inkişafına öz töhfəsini verəcək".