Azərbaycan və Türkiyə XİN başçıları Polşada görüşəcək

15:15 30.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüş keçirəcək.

 

Hafta.az xəbər verir ki, bu barədə Çavuşoğlu NATO xarici işlər nazirlərinin Buxarest sammitində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

Məlumata görə, görüş Polşanın Lodz şəhərində keçirilən ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində baş tutacaq.

Siyasət rubrikasından digər xəbərlər