Azərbaycan XİN Əfqanıstana başsağlığı verdi

12:47 01.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.

Hafta.azz xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşıb edib:

"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyirik. Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq".

Xatırladaq ki, Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 622-yə çatıb, 1 500-dən çox insanın isə yaralandığı qeyd edilir.