Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Hafta.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
“Biz Pakistanın Mastunq şəhərindəki məscidin yaxınlığında və Hanqu şəhərindəki məsciddə törədilən terror aktlarını qətiyyətlə pisləyirik. Biz qardaş Pakistan hökumətinə, xalqına və həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”, - məlumatda deyilir.
Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində yerləşən məscidin yaxınlığında partlayış baş verib. Baş verən partlayış nəticəsində azı 50 nəfər həlak olub, 50-dən çox insan yaralanıb