Azərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

13:01 14.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Hafta.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in "Twitter" hesabında paylaşım edilib.

"Müstəqillik Günü münasibəti ilə Pakistan hökumətinə və qardaş xalqına ən xoş və səmimi arzularımızı çatdırırıq. İkitərəfli əlaqələrimizi, strateji tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik", - bildirilib.

 

 

Siyasət rubrikasından digər xəbərlər