Azərbaycan XİN Ukraynadan taxılın ixracı üzrə sazişi alqışlayır

10:53 23.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynadan taxılın ixracı üzrə sazişin imzalanmasını, eyni zamanda, Türkiyə və BMT-nin, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan və Baş katib Antoniu Quterreşin uğurlu vasitəçilik səylərini alqışlayır.

Hafta.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, bu, qlobal ərzaq təhlükəsizliyi üçün mühüm addımdır.

“Biz sazişin tezliklə həyata keçirilməsini gözləyirik”, - qeyd olunub.

Siyasət rubrikasından digər xəbərlər