Azərbaycan yığmasının baş məşqçisi: “Məqsədlərimizə çatmaq üçün hər cür şərait yaradılır”

12:07 25.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Komandaya hədəflərə çatmaq üçün bütün lazımi şərait yaradılır.

“Report” xəbər verir ki, bu barədə yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatından vətənə qayıtdıqdan sonra deyib.

O, komandanın xaricdə, o cümlədən Xorvatiya və Gürcüstanda təlim-məşq toplanışı keçdiyini vurğulayıb:

“Məqsədlərdən biri də aralıq Avropa çempionatıdır. Bunun üçün səfərdə təlim-məşq toplanışı keçirdik. Yəni hazırda qarşımıza qoyulan bütün vəzifələri komanda ilə birlikdə yerinə yetirməyə çalışdıq”, - deyə A.Tarakanov bildirib.

Baş məşqçi onu da vurğulayıb ki, millimizin üzvləri növbəti qələbələrə hazırdırlar.

“Ən əsası odur ki, uşaqlar yüksək nəticə əldə etmək məqsədi güdürlər”, - deyə o əlavə edib.