Azərbaycanda ŞOK: qızılcaya yoluxan azyaşlı öldü

15:56 23.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

TƏBİB Kürdəmirdə azyaşlının qızılcadan ölməsi faktına münasibət bildirib. 

Qurumdan Lent.az-a verilən məlumata görə, Kürdəmir Rayonu Qağacılı kənd sakini 2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb.

Noyabrın 18-də yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionistinin qəbulunda olub, müayinələrdən keçib və fəsadlaşma olmadığı üçün simptomatik müalicə təyin edilərək  3 gün sonra təkrar müayinəyə  dəvət olunub.Noyabrın 21-də isə ağırlaşması olmayan qızılca diaqnozu ilə təkrar müraciət edib,  həkim məsləhəti alıb.   

Uşaq noyabrın 23-də saat 09:10-da xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib. 

Meyit patoloji anatomik təşrihə verilib.

Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub.