Azərbaycanda 11 nəfər yoluxub, ölən yoxdur

17:02 01.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 778 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 017 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.

Ölkədə son sutka ərzində 3 948, hazırkı dövrədək isə 6 898 425 test aparılıb.