“İnter” Yann Zommer ilə vidalaşıb

13:55 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın “İnter” komandasında ayrılıq yaşanıb.

Hafta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan təmsilçisi qapıçısı Yann Sommer ilə vidalaşıb. 37 yaşlı isveçrəli qolkiper ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Yann Zommer 2023-cü ildən "İnter"də çıxış edirdi. O, bu müddət ərzində 4 kubok qazanıb.