Azərbaycanda 7000-dən çox əlillik təyinatı ləğv edilib

15:50 05.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son illərdə 7000-dən çox saxta, əsassız əlillik təyinatı ləğv edilib. 

Hafta.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov bildirib.

 

Agentlik sədri qeyd edib ki, bununla da illik 30 milyon, aktuar hesablamalara əsasən, uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb:


“Nazirlər Kabinetinin qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib. Hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır:

"Əlillik geridönməz hallarda  müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur. Ona görə də belə şəxslərin əlilliklərinin təkrar müayinəsinə ehtiyac qalmır”.

Oxunma sayı 373