Azərbaycanda aviasiya sahəsi monopoliyadadır - Açıqlama

17:41 16.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda aviasiya sahəsi monopoliyadadır. Əgər ölkəmizdə 10 aviasiya şirkəti fəaliyyət göstərsəydi, aviabiletlərin qiyməti də baha olmazdı”.

Bunu hafta.az-ın Azərbaycanda aviabiletlərin ucuzlaşmasına mane olan səbəblər nədir sualına cavab olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Millət vəkili vurğulayıb ki, bu sahədəki mövcud qiymətlər bəlkə də dünyada ən bahalı qiymət sayıla bilər: “Azərbaycana aviaşirkətləri buraxmaq lazımdır. Bizdə infrastruktur baxımdan heç bir problem yoxdur, aeroport var, təzə aeroport tikilib. Hökümət bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır. Yəni o sahədəki monopoliya, o sahədəki qiymət məsələsində problem var, ən yaxşı yol özəlləşdirilmədir. Paralel şirkətlər yaradılmalıdır ki, monopoliya, inhisarçılıq olmasın”.