Azərbaycanda bu güzəştlərin müddəti daha 5 il uzadılır

16:53 30.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Sənaye Parkında tətbiq olunan gömrük rüsumlarından və ƏDV-dən azadolma daha beş il müddətinə uzadılır.

Hafta.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gömrük tarifi haqqında” Qanuna və Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Bildirilib ki, qanun layihələrində Qaradağ Sənaye Parkında tətbiq olunan gömrük rüsumlarından və ƏDV-dən azadolmanın daha beş il müddətinə uzadılması nəzərdə tutulub.

Müzakirələrdən sonra düzəliş səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

rkişili məlumat verib. O qeyd edib ki, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin oxşar xarakterdədir.